EN

Azərbaycan mədəniyyəti Moskvadakı xeyriyyə tədbirində

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Moskva, 4 mart, AZƏRTAC

Azərbaycanın mədəniyyət xadimləri Moskvada “Dünya qadınları” beynəlxalq layihəsi çərçivəsində keçirilən xeyriyyə axşamında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbir “Luna Rossa” (“Qırmızı Ay”) muxtar qeyri-kommersiya təşkilatı tərəfindən “Zdrastvuy” Ümumrusiya Xərçəng Xəstələri Assosiasiyasının yardımı, Rusiya Səhiyyə Nazirliyi və Rusiya Federasiyası İctimai Palatasının dəstəyi ilə təşkil olunub. Xeyriyyə axşamında beynəlxalq ictimaiyyətin nümayəndələri, mədəniyyət xadimləri, biznes liderləri, tibb işçiləri və jurnalistlər iştirak ediblər. Fəxri qonaqlar arasında Azərbaycanın Rusiyadakı səfirinin həyat yoldaşı Nisə Mustafayeva da olub.

Tədbirdə müxtəlif peşəkar sahələrdə əhəmiyyətli uğurlar qazanmış dünyanın hər yerindən olan qadınların namizədliyinin irəli sürülməsi və təltif edilməsi mərasimi, eləcə də xərçəng xəstəliyindən müalicə alan qadınları dəstəkləmək üçün xeyriyyə tədbiri keçirilib.

Xeyriyyə axşamında Azərbaycanın Xalq artisti Mələkxanım Əyyubova, müğənni Roza Zərgərli çıxış ediblər. Bundan əlavə, Azərbaycan xalq musiqisi və rəqslərinin müşayiəti ilə “DOSTLUQ-DRUJBA” Mərkəzinin direktoru Ulduz Əsgərova tərəfindən ölkəmizin müxtəlif bölgələrindən milli qadın geyimləri təqdim edilib.

Beynəlxalq Qadınlar Birliyinin təsisçisi Naibə Həsənovanın rəhbərlik etdiyi “Luna Rossa”nın üzvləri, həmçinin Azərbaycandan gəlmiş müğənnilər Mələkxanım Əyyubova və Roza Zərgərli Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevlə görüşüblər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
13
1
azertag.az

2Sources