EN

“Vətəndaşa mütləq bizim loqo olan torbanı almalısınız” deyilsə, bu zaman vətəndaşın etiraz etmək hüququ var”

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

2023-cü il 15 fevraldan Azərbaycanda polietilen torbalar ödənişlidir. Qərarın məqsədi plastik tullantıların azaldılması və ətraf mühitin qorunması kimi izah olunur.

Sosial şəbəkədə bir vətəndaş mağazada paylaşım edərək bu qərara belə bir narazılığını bildirib: “Əgər məqsəd yalnız ekoloji problemin həllidirsə, biz buna razıyıq. Ancaq niyə biz sizin reklamınızı pullu etməliyik? Bunu reklamsız etsinlər. 3 qəpik ödəyirik, üstəlik torbanın üzərində marketin loqosu var. Niyə bizim hansı marketdən bazarlıq etdiyimizi hər kəs görməlidir?” O, qeyd edib ki, ya bu işi sadə edin torbaları pulla satmayın – bütün marketlərə aiddir: “Zibildən götürülüb emal etdiyiniz torbaları bizə pulla satan şəxslər, öz reklamınızı bizim pulla edəcək qədər ucuz olmayın”.

Müştəri pul ödədiyi məhsul üzərində məcburi loqonun olması hüquqi baxımdan doğrudurmu?Bu hal istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilə bilərmi?

Vəkil Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, qanunvericiliyə əsasən burada heç bir məhdudiyyət və ya problem yoxdur.

Əkrəm Həsənov

“Heç kim vətəndaşı məcbur etmir ki, məhz mağazanın təqdim etdiyi torbanı alsın. Vətəndaş öz torbası ilə də alış-veriş edə bilər.

Mağaza isə öz torbasının üzərinə brendini və ya ticarət nişanını yerləşdirə bilər. Bununla bağlı hər hansı hüquqi məhdudiyyət yoxdur. Əsas məsələ ondan ibarətdir ki, əgər vətəndaş öz torbası ilə gəldiyi halda ona “olmaz, mütləq bizim loqo olan torbanı almalısınız” deyilsə, bu zaman vətəndaşın etiraz etmək hüququ var”-deyə Əkrəm Həsənov qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
77
bizimyol.info

1Sources