İranın mərhum Ali Lideri Əli Xameneinin cənazəsi ilə vida mərasimi proqramı ləğv edilib.
Bu barədə "Tasnim" məlumat yayıb.
"Bu gecə saat 22:00-da Tehranın İmam Xomeyni ibadət zalında başlayaraq üç gün - üç gecə keçirilməsi planlaşdırılan proqram ləğv edilib. Proqramın son vaxtı tezliklə açıqlanacaq", - deyə məlumatda qeyd olunub.