“Şahdağ” Turizm Mərkəzində təşkil olunan xizək alpinizmi üzrə Avropa çempionatında ilk qaliblər bəlli olub.
İdman.Biz xəbər verir ki, U-18 və U-20 yaş qruplarında sprint növü üzrə keçirilən yarışların nəticələrinə əsasən mükafatçıların adlarına aydınlıq gəlib.
Qaliblər medal və müxtəlif qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
U-18
Kişilər
1. Fransijek Yopek (Çexiya)
2. Matey Petre (Rumıniya)
3. Adam Hubaç (Slovakiya)
Qadınlar
1. Nuria Noqueyra (İspaniya)
2. Antonina Rakuş (Polşa)
3. Natalya Bobrovska (Polşa)
U-20
Kişilər
1. Aaron Alvares (İspaniya)
2. Marek Foltin (Çexiya)
3. Morits Baureqqer (Almaniya)
Qadınlar
1. Helena Öringer (Almaniya)
2. Emma Albrext (Avstriya)
3. Klara Velepeç (Sloveniya)