EN

Milli Xalça Muzeyində Cəmilə Həşimovanın “Gözəllik aşiqi” fərdi sərgisi açılıb - Fotolar  

Martın 3-də ndə tanınmış rəssam Cəmilə Həşimovanın “Gözəllik aşiqi” adlı fərdi sərgisinin açılış mərasimi keçirilib.

Musavat.com bildirir ki, açılış mərasimində muzeyin direktoru Əminə Məlikova, Milli Məclisin deputatı, parlamentin Mədəniyyət Komitəsinin sədr müavini Günay Əfəndiyeva, Azərbaycan Rəssamlar Birliyinin katibi, Xalq rəssamı Ağəli İbrahimov, sənətşünaslıq üzrə elmlər doktoru, professor Kübra Əliyeva və sənət ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində muzeyin Ənənəvi texnologiyalar şöbəsində rəssamın əsəri əsasında toxunmuş “Yol” adlı xalçanın hanadan kəsimi mərasimi keçirilib. Əsərdə təsvir olunan şəhər mənzərəsi, evlər və hərəkətdə olan insan fiquru simvolik məna daşıyır. Burada ənənəvi xalçaçılıq texnikası müasir müəllif baxışı ilə harmonik şəkildə birləşdirilib.

Sərginin ideyasını tamamlayan “Gizli qanadlar” adlı animasiya filmi nümayiş etdirilib. Müəllifin öz şeiri ilə müşayiət olunan ekran işi tamaşaçılara təqdim olunub. Tədbirin bədii hissəsində Əməkdar artist pianoda musiqi əsərləri ifa edərək gecəyə xüsusi estetik ab-hava qatıb.

Sərgidə rəssamın 50-dən artıq rəngkarlıq və qrafika əsəri nümayiş olunur. Ekspozisiyanın əsas motivlərini müxtəlif emosional interpretasiyalarda təqdim edilən qadın obrazları, çiçəklər, quşlar və təbiət formaları təşkil edir. Açıq rəng palitrası, yumşaq ton keçidləri və detallara həssas yanaşma sərginin ümumi vizual poetikasını müəyyənləşdirir.

Xatırladaq ki, Cəmilə Həşimova indiyədək Roma, Paris, Sofiya, Brüssel, Berlin və digər Avropa şəhərlərində fərdi sərgilərlə çıxış edib. Onun əsərləri müxtəlif muzeylərdə və şəxsi kolleksiyalarda qorunur.

Qeyd edək ki, “Gözəllik aşiqi” sərgisi martın 8-dək ziyarətçilər üçün açıq olacaq.

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

Chosen
8
1
musavat.com

2Sources