ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 4 mart, AZƏRTAC
Beynəlxalq dərəcəli azərbaycanlı hakim Fuad Ağayev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.
Azərbaycan Voleybol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, o, kişi voleybolçuların CEV Kubokunda Türkiyənin “Qalatasaray” və Belçikanın “Qrinyard Maaseyk” komandaları arasında keçiriləcək dörddəbir final matçının ikinci hakimi olacaq. Görüşü çexiyalı Zdenek Qrabovski idarə edəcək.
Martın 5-də gerçəkləşəcək qarşılaşma İstanbulda baş tutacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.