EN

Tedesko "Fənərbağça"nın daha bir oyununu buraxacaq: Səbəb nədir?

"Fənərbağça"nın baş məşqçisi Domeniko Tedesko xəstəliyi səbəbindən Türkiyə kuboku uğrunda "Qaziantep"lə oyunda iştirak edə bilməyəcək.

Publika.az xəbər verir ki, bu barədə İstanbul klubu rəsmi məlumat yayıb.

Superliqada "Antalyaspor"la görüşü də buraxan italiyalı mütəxəssis səhhətindəki problemlərə görə kubok matçında da texniki zonada yer almayacaq. O, virus infeksiyası və yüksək hərarətdən əziyyət çəkir. Xəstəliyi səbəbindən müalicə alır və həkim nəzarətində saxlanılır.

Onun yoxluğunda "Qaziantep"lə oyunda məşqçi Zeki Murat komandaya rəhbərlik edəcək.

Chosen
40
publika.az

1Sources