EN

Tramp İran Kürdüstanı Demokrat Partiyasının lideri ilə danışıb

The New Region: Donald Tramp və Mustafa Hicri arasında telefon danışığı “çox müsbət” olub...

Poliqon xəbər verir ki, The New Region nəşrinin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp ilə İran Kürdüstanı Demokrat Partiyasının (KDPI) rəhbəri Mustafa Hicri arasında telefon danışığı baş tutub.

Məlumata görə, danışıq KDPI rəhbərliyinə yaxın yüksək vəzifəli mənbəyə istinadən “çox müsbət” kimi qiymətləndirilib. Tərəflər regiondakı mövcud vəziyyət və İran daxilində baş verən siyasi proseslər ətrafında fikir mübadiləsi aparıblar.

Mənbənin sözlərinə görə, söhbət zamanı İran daxilindəki siyasi vəziyyət, kürd təşkilatlarının mövqeyi və regiondakı təhlükəsizlik məsələləri müzakirə olunub. Danışıqların detalları açıqlanmasa da, tərəflərin qarşılıqlı əməkdaşlıq və vəziyyətin inkişafı ilə bağlı fikir mübadiləsi apardığı bildirilib.

Analitiklər hesab edirlər ki, ABŞ rəhbərliyi ilə İranın kürd müxalif qüvvələri arasında belə bir təmas regiondakı siyasi proseslər fonunda diqqət çəkən hadisədir. Xüsusilə İranda davam edən gərginlik və hərbi qarşıdurma şəraitində bu cür əlaqələrin qurulması regiondakı siyasi balans baxımından əhəmiyyətli hesab olunur.

Qeyd edək ki, İran Kürdüstanı Demokrat Partiyası ölkənin kürd bölgələrində fəaliyyət göstərən ən tanınmış siyasi təşkilatlardan biridir və Tehran hakimiyyətinə müxalif mövqedə çıxış edir.

Poliqon.info

Chosen
11
poliqon.info

1Sources