EN

Azərbaycanda nazir təyin edildi- 32 yaşı var!

Fərid Bağırzadə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunub.

AzNews.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında qərar qəbul edilib.

Fərid Talətdin oğlu Bağırzadə 1994-cü ildə Bakı şəhərində anadan olub.

2016-cı ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İnformasiya texnologiyaları ixtisası üzrə bakalavr pilləsini bitirib.

2021-ci ildə Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsinin İdarəetmədə informasiya sistemləri ixtisası üzrə magistr dərəcəsi alıb.

2016-2018-ci illər ərzində “Azeri Retail” Məhdud Məsuliyyətli Cəmiyyətinin Əmtəə dövriyyəsi və logistika departamentində, 2019-2023-cü illər ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyində müxtəlif vəzifələrdə çalışıb. DOST Agentliyinin Maliyyə və mühasibatlıq departamentinin Aktivlərin uçotu şöbəsinin müdiri vəzifəsində işləyib.

Chosen
4
13
aznews.az

10Sources