EN

Başa düşmürəm, xəbər saytları bu məlumatı haradan alır?

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

"Maşınımdayam, maşınımda da olacağam"Demokrat.az xəbər verir ki, aktrisa Xəyalə Quliyeva "Maşın şou"da udduğu avtomobili məhkəmədə uduzması barədə yayılan xəbərləri təkzib edib."Səhər durmuşam, hamı mənə xəbər atır. Xəbər saytları, nə bilim, maşınla bağlı xəbərlər paylaşır. Mən başa düşmürəm, bu xəbər saytları bu məlumatı haradan alır? Bu saxta məlumatları niyə yayırlar? Niyə məndən bir şey soruşmurlar, ağıllarına gələni yazırlar? Maşınımdayam, maşınımda da olacağam. Bu nə məlumatdır?"Qeyd edək ki, iddialara görə məhkəmə Xəyalə Quliyevanın 2019-cu ildə "Maşın Şou" layihəsində qazandığı "Nissan Kicks" markalı avtomobili keçmiş həyat yoldaşı Yusif Musayevlə birgə nikah dövründə əldə edilən əmlak kimi tanıyıb və bölgü barədə qərar çıxarıb. Aktrisanın bu avtomobilin hədiyyə olması ilə bağlı iddiası Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə tərəfindən rədd edilib. Məhkəmə qənaətə gəlib ki, maşın bağışlama deyil, birgə nikah dövründə çəkilən zəhmət müqabilində qazanılan əmlakdır. 2024-cü ildə boşanan tərəflər arasında bu əmlak mübahisəsi aktrisanın uduzması ilə yekunlaşıb.İsmayıl

Demokrat.az

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
97
demokrat.az

1Sources