EN

Cəzadan yayınmaq üçün müharibəni SEÇDİLƏR: “Krokus” terrorçularının SON SÖZÜ

“Krokus” terrorçusu Mirzoyev müharibəyə getmək istəyir.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Martın 2-də Moskvada “Krokus Siti Holl”da (Crocus City Hall) törədilən dəhşətli terror aktı ilə bağlı məhkəmə iclasında təqsirləndirilən şəxslərə son söz verilib.

Məhkəmə prosesini izləmək üçün zalda faciə qurbanlarının yaxınları da iştirak ediblər.

Zərərçəkmişlərin yaxınlarının verdiyi məlumata görə, terror aktının bilavasitə icraçıları məhkəmədən rəhm diləyiblər.

Onlar arvadlarının və uşaqlarının olduğunu bəhanə gətirərək, barələrində ömürlük həbs cəzasının çıxarılmamasını xahiş ediblər.

Təqsirləndirilən şəxslərdən ikisi, o cümlədən Mirzoyev, cəzadan yaxa qurtarmaq üçün “xüsusi hərbi əməliyyat” (SVO) zonasına döyüşməyə göndərilməyə hazır olduqlarını bəyan ediblər.

Bundan əlavə, terrorçulara mənzil kirayə verən və avtomobil satan digər iki şəriki isə məhkəmədə göz yaşları tökərək bağışlanmalarını və əfv olunmalarını istəyiblər.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
138
interpress.az

1Sources