EN

İran Türkiyəyə ballistik raket atdı



İrandan atılan ballistik raket Türkiyənin hava məkanında zərərsiz hala gətirilib.

Newscenter.az-ın məlumatına görə, Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Milli Müdafiə Nazirliyinin açıqlamasında bildirilir:

“İrandan atılan, İraq və Suriya hava məkanını keçdikdən sonra Türkiyə hava məkanına yönəldiyi müəyyən edilən bir ballistik sursat Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO-nun hava və raketdən müdafiə qüvvələri tərəfindən vaxtında hədəfə alınaraq zərərsizləşdirilib”.

Nazirliyin bəyanatında əlavə olaraq qeyd olunub:

“Hatay vilayətinin Dördyol rayonunda düşən sursat parçasının, sözügedən təhdidin havada məhv edilməsindən sonra istifadə olunan hava hücumundan müdafiə sursatına aid olduğu müəyyən edilib. Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.

Ölkəmizin və vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək əzmimiz və imkanlarımız ən yüksək səviyyədədir. Türkiyə regional sabitlik və əmin-amanlığın tərəfdarıdır, lakin təhlükənin haradan və kimdən gəlməsindən asılı olmayaraq, öz ərazisinin və vətəndaşlarının təhlükəsizliyini qorumağa qadirdir.

Torpaqlarımızın və hava məkanımızın müdafiəsi ilə bağlı bütün addımlar qətiyyətlə və tərəddüd etmədən atılacaq. Ölkəmizə qarşı yönələn hər hansı düşmən mövqeyə cavab vermək hüququmuzun saxlanıldığını bir daha xatırladırıq”.
Chosen
43
8
newscenter.az

10Sources