EN

İranın atdığı ballistik raket Türkiyədə zərərsizləşdirildi

İrandan atılan ballistik raket Türkiyənin hava məkanında zərərsiz hala gətirilib.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

İrandan atıldığı və Türkiyəyə doğru getməzdən əvvəl İraq və Suriya hava məkanını keçdiyi aşkar edilən ballistik raketin Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə qüvvələri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb.

Milli.Az

Chosen
41
8
milli.az

10Sources