EN

Zəngli saatı ertələmək niyə təhlükəlidir?

Həkim Mərayn van de Laar səhərlər zəngli saatı beş dəqiqəlik təxirə salmaq vərdişindən imtina etməyi tövsiyə edib.

Ölkə.az xəbər verir ki, o, bu vərdişin insanın özünü necə hiss etməsinə təsirini "Infosalus" nəşrinə açıqlamasında izah edib.

Onun sözlərinə görə, ümumilikdə zəngli saatla oyanmaq sağlamlığa zərər vermir. Lakin siqnalı bir neçə dəfə beş dəqiqəlik ertələmək yuxunun son mərhələlərinin davamlı şəkildə pozulmasına səbəb olur.

Mütəxəssis bildirib ki, uzunmüddətli perspektivdə bu vərdiş insanda yuxululuq yarada bilər. Səbəb isə hər oyanışdan sonra orqanizmin yenidən “işə düşməli” olmasıdır.

“Bu, enerji sərfiyyatını artırır və nəticədə insanlar səhərlər özlərini daha yorğun və yuxulu hiss edirlər. Buna görə də ən yaxşısı zəngli saatı qalxmalı olduğunuz ən son vaxta qurmaqdır”, – deyə van de Laar əlavə edib.

Həmidə İbrahimova

Chosen
102
olke.az

1Sources