Rusiyanın qaz daşıyıcısı olan “Arctic Metagaz” gəmisi Aralıq dənizində hücuma məruz qalıb.
Publika.az xəbər verir ki, Rusiya Nəqliyyat Nazirliyi hücumu təsdiqləyib. Nazirliyin məlumatına görə, hücum 3 martda Malta ərazi suları yaxınlığında baş verib. Gəmidə 30 heyət üzvü olub və hamısı Rusiya vətəndaşıdır.
Hücum pilotsuz qayıqlar tərəfindən həyata keçirilib.
Nazirlik bildirib ki, gəmi Murmanskdan beynəlxalq qaydalara uyğun olaraq rəsmiləşdirilmiş yüklə hərəkət edirmiş. Agentliyin məlumatına görə, hücum Liviya sahillərindən pilotsuz qayıqlardan istifadə etməklə həyata keçirilib.
Bəyanatda Rusiya və Malta xidmətlərinin birgə işi sayəsində "Rusiya vətəndaşları olan 30 ekipaj üzvünün hamısının xilas edildiyi" vurğulanıb.