EN

NATO-dan İranın Türkiyəyə raket atmasına reaksiya

Xəbər verdiyimiz kimi, İrandan Türkiyəyə atılan ballistik Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə qüvvələri tərəfindən vaxtında vurularaq zərərsizləşdirilib.

"Unikal" xəbər verir ki, NATO hadisəyə bəyanatla reaksiya verib. 

"İranın Türkiyəni hədəf almasını qınayırıq. İranın bölgədə davam edən hücumları qarşısında Türkiyə də daxil olmaqla müttəfiqlərimizin yanındayıq", - deyə açıqlamada bildirilib.

Qeyd edək ki, məsələ ilə bağlı Türkiyə və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub. Hakan Fidan bölgədəki gərginliyə diqqət çəkərək, iranlı həmkarına münaqişənin yayılmasına səbəb ola biləcək hər hansı bir addımın atılmamalı olduğunu vurğulayıb.

Ağarza Elçinoğlu

Chosen
76
16
unikal.az

10Sources