EN

İranın nüvə obyektlərində son vəziyyət: Sızma riski var?

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranın nüvə obyektlərindəki vəziyyətlə bağlı son məlumatı açıqlayıb.

Publika.az xəbər verir ki, agentlik mövcud ən son peyk görüntülərinin təhlilinə əsasən, İranda nüvə materialı saxlanılan obyektlərdə hər hansı zərərin qeydə alınmadığını və hazırda radioloji sızma riskinin olmadığını bildirib.

Qeyd olunub ki, İsfahan nüvə obyektinin yaxınlığında iki binada zərər görünür. Əvvəllər giriş hissəsində ziyan qeydə alınmış Natanz obyektində əlavə təsir aşkarlanmayıb. Digər nüvə məntəqələrində, o cümlədən Buşehr AES-də isə hər hansı zərər müəyyən edilməyib.

Chosen
93
21
publika.az

10Sources