EN

Əməkdar artist Kübra Əliyeva evində ziyarət olunub

Bakı, 4 mart, AZƏRTAC

Mədəniyyət Nazirliyinin nümayəndələri tanınmış teatr və kino aktrisası, Əməkdar artist, Prezidentin fərdi təqaüdçüsü Kübra Əliyevanı evində ziyarət ediblər.

Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Mədəniyyət nazirinin müavini Murad Hüseynov Kübra Əliyevanın sənət yolundan danışıb, onun tamaşa və filmlərdə bir-birindən maraqlı obrazlar qalereyası yaratdığını deyib. Aktrisanın səhnə uğurlarını ekranda da təkrarladığı, həyat verdiyi obrazların geniş tamaşaçı kütləsi tərəfindən maraqla qarşılandığı vurğulanıb.

Qeyd olunub ki, sənətkarın yaradıcılığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.

Əməkdar artist Kübra Əliyeva yaradıcılığına göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Chosen
33
11
azertag.az

10Sources