EN

“Qalatasaray”ın 200 milyonluq planı

“Qalatasaray” yay transfer pəncərəsində rekord gəlir əldə etməyi planlaşdırır.

İdmanxeber.az Türkiyənin “Takvim” nəşrinə istinadən verdiyi məlumata görə, İstanbul klubu Viktor Osimhen və Barış Alper Yılmazın mümkün satışı ilə ümumilikdə 200 milyon avro qazanmağı hədəfləyir.

Məlumatda bildirilir ki, “sarı-qırmızılılar” Viktor Osimhen üçün 150 milyon avro, Barış Alper Yılmaz üçün isə 50 milyon avro tələb etməyi düşünür.
Osimhenlə PSJ, “Yuventus”, “Atletiko” (Madrid) və “Bavariya” kimi Avropanın aparıcı klublarının yaxından maraqlandığı vurğulanır.

Qeyd olunur ki, “Qalatasaray” futbolçularına olan yüksək marağı nəzərə alaraq tarixi transfer dövrünə hazırlaşır.

Chosen
59
idmanxeber.az

1Sources