EN

“Liverpul”un qapıçısına A Seriyasından 2 təklif

“Liverpul”un qapıçısı Alisson Bekker karyerasını İtaliyada davam etdirə bilər.

Msport.az xəbər verir ki, adıçəkilən ölkənin “İnter” və “Yuventus” kollektivləri yayda braziliyalı qolkiper ilə müqavilə imzalamaqda maraqlıdırlar.

“Əlcək sahibi” hər iki klubun qapıçı transferində prioritet seçimlər sırasındadır.

Qeyd edək ki, Alisson 2018-ci ildə “Roma”dan “Liverpul”a 72 milyon avroya keçib. Onun mersisaydlılarla müqaviləsi 2027-ci ilə qədərdir. Bu mövsüm Alisson “Liverpul”un heyətində bütün yarışlarda 30 oyunda iştirak edib, 32 qol buraxıb.

Chosen
158
3
msport.az

7Sources