EN

Bu qəzetlərə 660 min manat ödəniləcək Siyahı

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən müəssisələrin dövri mətbuata abunə yazılışına başlanılır.

Globalinfo.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı hazırlıqlar başa çatdırılıb.

Məlumata görə, paytaxt məktəblərinin abunə yazılışı xidməti ilə bağlı ən uyğun qiyməti “Mətbuat Yayım” şirkəti təklif edib.

Belə ki, şirkət biri jurnal, digərləri qəzet olmaqla, ümumilikdə 10 media subyektinə abunə yazılışı üçün 660 072 manat ödəniş edilməsi təklifi ilə çıxış edib.

Hazırda təklif dəyərləndirilmə mərhələsindədir və yaxın günlərdə müqavilə bağlanacağı gözlənilir.

Xatırladaq ki, BŞTİ-nin müəssisələrinin dövri mətbuata abunə yazılışı ötən il 659 696 manata başa gəlib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
22
1
globalinfo.az

2Sources