EN

Azərbaycanın basketbol milliləri təlim-məşq toplanışını başa vurdular

Azərbaycanın qadın basketbolçulardan ibarət U-16 və U-18 milliləri Türkiyənin paytaxtı Ankarada təşkil olunan təlim-məşq toplanışını başa vurublar.

Fanat.Az xəbər verir ki, hazırlıq prosesində komandalarımız yerli klublarla güclərini yoxlayıblar.

Toplanış müddətində U-18 millisi 6, U-16 komandası isə 7 yoldaşlıq görüşü keçirib.

Baş məşqçi Evren Alkaya hazırlıq mərhələsini yüksək qiymətləndirib. O bildirib ki, Türkiyə liqalarında çıxış edən güclü rəqiblərlə oyunlar basketbolçular üçün böyük təcrübə olub. Məşqçinin sözlərinə görə, U-18 komandası sabit oyun nümayiş etdirib, daha gənc heyətlə mübarizə aparan U-16 millisi isə növbəti turnirlər üçün vacib praktika qazanıb.

Qeyd edək ki, bu hazırlıqlar yayda keçiriləcək FIBA gənclər turnirlərinə hazırlıq xarakteri daşıyır. Eyni zamanda, qadınlardan ibarət əsas milli komandamız martda DÇ-2026 və "EuroBasket-2027"nin seçmə mərhələləri çərçivəsində vacib oyunlara çıxacaq. Komanda Bolqarıstan və Monteneqro ilə səfər matçlarından sonra, martın 17-də, saat 19:00-da Bakı İdman Sarayında Ukrayna yığmasını qəbul edəcək.

Chosen
3
3
fanat.az

4Sources