EN

"Hamı iş axtarsa, cəmiyyətdə nəyəsə nail olmaqda çətinlik çəkəcəyik" - Deputat

“Nazir müavinin səsləndirdiyi fikirdə əsas hədəf gəncləri iş yeri açmağa təşviq etməkdir. Reallıq bundan ibarətdir ki, gənclər yeni innovasiyalar, ideyalar, fikirlər üzərində işləyərək özlərini davamlı inkişaf etdirməlidirlər. Onlar iş gözləmək, iş axtarmaq mövqeyində yox, yeni iş yerləri yaratmaq barədə düşünməlidirlər”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov, Elm və təhsil nazirinin müavini Firudin Qurbanovun “Bu gün məzun iş axtarmamalıdır, iş yeri açmağı düşünməlidir” fikrinə münasibət bildirərkən deyib. 

 

O qeyd edib ki, bu yanaşmanın əsas məqsədi gəncləri yeni biliklər əldə etməyə və iş yerləri açmaq barədə düşünməyə təşviq etməkdir və bu baxımdan ideya olaraq çox doğrudur: “Bu günün gəncləri, tələbələri universiteti bitirərkən daha çox yeni iş yerləri yaratmaq barədə düşünməlidirlər. Onlar yalnız iş axtarmaq barədə düşünməli deyillər. Biz məsələyə bu konteksdən yanaşsaq, hesab edirəm ki, önəmli mövqedir. Gənclər bu barədə düşünməlidirlər. Hamı iş axtarsa, cəmiyyətdə nəyəsə nail olmaqda çətinlik çəkəcəyik. Yanaşma, düşüncə, baxış belə olmalıdır ki, hamı yeni iş yerlərinin ən azından yaradılması barədə düşünməli, bu istiqamətdə addımlar atmalıdırlar”.


Şəhanə Quliyeva

Tarix: 4 Mart 2026, 18:16   
Chosen
48
1
pravda.az

2Sources