Dənizkənarı Bulvar İdarəsinin 12 milyonluq mənimsəmə ittihamı ilə həbs edilən sabiq sədri İlqar Mustafayevin səhhəti pisləşib.
“Qafqazinfo”nun məlumatına görə, bu səbəbdən bugünkü məhkəmə prosesi keçirilməyib.
Hakim Leyla Əsgərova-Məmmədova deyib ki, İlqar Mustafayevin hazırkı vəziyyəti məhkəmədə iştirakını istisna edir. Eks-sədrin Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirildiyi, hazırda həkim nəzarətində olduğu bildirilib.
Təqsirləndirilən şəxs ürək xəstəliyindən əziyyət çəkir. Müalicənin gedişindən asılı olaraq növbəti məhkəmənin keçirilmə günü müəyyən ediləcək.