Futbol üzrə Azərbaycan II Liqasında XVI tura yekun vurulub.
Sportal.az xəbər verir ki, son oyun günündə bir qarşılaşma baş tutub.
"Dinamo" Binə qəsəbə stadionunda "Şirvan"ı qəbul edib. Qarşılaşma ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 19-a yüksəldən "Dinamo" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. 26 xalı olan "Şirvan" isə 6-cı yerdədir.
"Dinamo" - "Şirvan" 3:1
Qollar: V.Seyidov, 33 (pen), Ə.Abbasov, 54, Y.Qarayev, 90+1 - Ü.Quliyev, 16
saytlarin hazirlanmasi