EN

Deputatdan raket hadisəsinə reaksiya: “Yeni hadisənin baş verməməsi üçün…”

Məlum olduğu kimi, İrandan buraxıldıqdan sonra İraq və Suriya hava məkanını keçərək Türkiyə hava məkanına istiqamətləndiyi müəyyən edilən ballistik raket Aralıq dənizinin şərqində yerləşən NATO hava və raketdən müdafiə qüvvələri tərəfindən vaxtında zərərsizləşdirilib.

Hadisə nəticəsində mülki şəxslərə və obyektlərə heç bir zərər dəyməyib. Hərbi və diplomatik mənbələr bildirirlər ki, NATO qüvvələri bölgədəki nəzarəti gücləndirib və raketin atılmasının səbəbləri araşdırılır. Türkiyə hökuməti isə raketin düşməsinin qarşısının alınması üçün müvafiq tədbirlərin görüləcəyini açıqlayıb.

Milli Məclisin deputatı Aydın Mirzəzadə Musavat.com-a şərhində bildirib ki, Türkiyə həm regionda, həm də dünyada sülhün carçısı kimi çıxış edir. O, vurğulayıb ki, son hadisələrdə də qarşıdurmaların olmaması üçün maksimum səy göstərdi: “Bu baxımdan Türkiyənin sülhpərvər mövqeyi böyük hörmətə layiqdir. Türkiyə ərazisinə düşən raketlə bağlı araşdırma aparılmalıdır. Yeni hadisənin baş verməməsi üçün müvafiq tədbirlər görülməlidir. Hesab edirəm ki, istənilən məsələnin ancaq diplomatik yolla həllinə üstünlük verilməlidir. Qonşu dövlətlər arasında dinc sərhədlər varsa, o zaman bu status-kvonun qorunması üçün daima çalışılmalıdır”.

Nigar Həsənli
Musavat.com

 

Chosen
92
musavat.com

1Sources