17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının martın 5-dən 10-dək Milli Komandaların Təlim-Məşq Mərkəzində təlim-məşq toplanışı olacaq.
XQ xəbər verir ki, milli komanda martın 11-də Avropa çempionatının seçmə mərhələsinin oyunları üçün Sloveniyanın Catez ob Savi şəhərinə yollanacaq. U-17 B Liqasının 3-cü qrupunda Sloveniya, Belçika və Farer adaları ilə qarşılaşacaq.