EN

Ukrayna dronları Novorossiyski vurdu: Rusiya gəmiləri böyük zərər gördü

“Casus Dosyesi” Telegram kanalının məlumatına görə, Ukrayna qüvvələri 1-2 mart gecəsi hücum dronlarından istifadə edərək Novorossiyskdə beş Rusiya hərbi gəmisinə zərər vurub.
Mənbələrə görə, gəmilərdən biri, ehtimal ki, minaaxtaran “Valentin Pikul” ciddi ziyan görüb.

Rusiya Qara Dəniz Donanmasının 1124M layihəli sualtı qayıq əleyhinə gəmiləri “Yeysk” və “Kasimov” da zədələnib. Hücum nəticəsində üç rus hərbçisi həlak olub, 16 nəfər yaralanıb.
Novorossiyskə endirilən zərbə yanğının baş verdiyi “Şesxaris” strateji neft terminalına da təsir edib.

Neft yükləmə qollarına və S-400 hava hücumundan müdafiə sisteminin radar stansiyasına ziyan dəydiyi təsdiqlənib. Analitiklər həmçinin 1124 layihəli “Albatross” sualtı qayıq əleyhinə gəmilərinin lövbər salma sahəsinin yaxınlığındakı körpüdə qaranlıq bir nöqtə qeydə alıblar. Novorossiysk Qara dənizdəki əksər Rusiya hərbi gəmilərinin bazası və regionun ixrac infrastrukturu üçün əsas mərkəzdir.

//Samir Qurbanov, Editor.az

Chosen
119
editor.az

1Sources