Bakı–Quba avtomobil yolunda yük maşını aşıb, xəsarət alanlar var.
NOCOMMENT.az xəbər verir ki, hadisə yolun Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan yük avtomobili idarəetməni itirərək aşıb.
Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya çatdırılıblar.
Â
Â