EN

İranın hərbi gəmisi vuruldu: xeyli sayda ölən var - YENİLƏNİB

Şri-Lanka sahilləri yaxınlığında İran Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin batması nəticəsində azı 80 nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Şri-Lankanın xarici işlər nazirinin müavini yerli televiziya kanalına açıqlamasında bildirib.

Bildirilib ki, hadisə Hind okeanında baş verib. Şri-Lanka Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi daha əvvəl gəminin sənədlərinə əsasən, onun göyərtəsində ümumilikdə 180 nəfərin olduğu ehtimal edildiyini açıqlamışdı. Şri-Lanka donanması İranın “IRIS Dena” adlı hərbi gəmisindən daxil olan fövqəladə siqnal əsasında həyata keçirilən xilasetmə əməliyyatı zamanı 32 nəfəri sudan çıxara bilib.

Rəsmi rəqəmlər təsdiqlənərsə, hazırda təxminən 68 nəfərin taleyi naməlum olaraq qalır.

 

***14:02

Şri-Lanka sahillərində sualtı qayıq İran gəmisinə hücum edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb. 

Qeyd edilib ki, nəticədə 101 nəfər itkin düşüb, 78 nəfər yaralanıb.

Hələlik hadisənin detalları açıqlanmayıb.

Bəzi mənbələr 30-dan çox insanın xilas edildiyini bildirir.

Chosen
55
22
bakivaxti.az

10Sources