EN

Goranboyun Qarasüleymanlı kəndinin QARAGÜNLÜ YOLU: Uşaqlar məktəbə gedə bilmirlər VİDEO

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Goranboy şəhərinin 500-600 metrliyində yerləşən Qarasüleymanlı kənd yolunda yaranan gölməçələr, dizə çıxan palçıq insanları narahat edir.

Sakinlər Baku TV-nin qaynar xəttinə müraciət edərək aidiyyəti qurumlardan kömək istəyirlər.

Goranboyun Qarasüleymanlı kəndinin QARAGÜNLÜ YOLU: "Uşaqlar məktəbə gedə bilmirlər" - VİDEO

"Yollarımız bərbad vəziyyətdədir. Yağış yağanda uşaqlarımız günlərlə məktəbə gedə bilmirlər. Deyəsən, bu kənd yaddan çıxıb" , - sakinlərdən biri narazılığını ifadə edib.

Məsələ ilə bağlı Goranboy Rayon İcra Hakimiyyətindən bildirilib ki, Qarasüleymanlı kənd yolunun 2026-cı ildə təmir olunması nəzərdə tutulub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
63
oxu.az

1Sources