EN

Kirayə qaldığı evdə bıçaqlandı – DETALLARVİDEO

İki nəfərin mübahisəsi qətllə nəticələnib.

Xezerxeber.az xəbər verir ki, 46 yaşlı kişi kirayə qaldığı evdə bıçaqlanaraq qətlə yetirilib. Hadisə gecə saatlarında paytaxtın Sabunçu rayonu Ramana qəsəbəsində fərdi yaşayış evində baş verib.

46 yaşlı Zəfər Məmmədovun üzərində çoxsaylı bıçaq xəsarətləri olan meyiti kirayə qaldığı fərdi yaşayış evindən aşkar edilib. Dərhal əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Evini həmin şəxslərə kirayə verən Gülxanım Abbasova deyir ki, Zəfər Məmmədov tək qalırmış. Fəhlə işləyən Zəfər sonradan Hüseyn Həsənovu gətirib ev sahibi ilə tanış edib ki, birlikdə qalsınlar. Qadın onu da bildirdi ki, hadisə günü səs eşidən kimi birinci mərtəbəyə enib və bu hadisəni görüb.

Qadın dərhal qonşuların köməyi ilə polisə məlumat verib. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib Hüseyn Həsənovu elə hadisə yerindəcə saxlayıblar.

Hazırda faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
39
xezerxeber.az

1Sources