Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Sani İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı aparıb.
Aznews.az xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat verib.
Qətər XİN-in açıqlamasına görə, İran, raket zərbələrinin Qətərin deyil, ABŞ-ın maraqlarına qarşı yönəldiyini bildirib.
Doha bu iddiaları rədd edərək, hücumların mülki ərazilərə və ölkənin infrastrukturuna təsir etdiyini və Qətərin suverenliyinin pozulması olduğunu bildirib.