EN

Millinin baş məşqçisi çətin vəziyyətə düşdü

İraq Futbol Federasiyası milli komandanın baş məşqçisi Qrem Arnoldun 2026-cı il dünya çempionatının qitələrarası pley-off oyunları ərəfəsində BƏƏ-ni tərk edə bilmədiyini açıqlayıb.

Publika.az xəbər verir ki, hava məkanının bağlanması səbəbindən Arnold BƏƏ-dən çıxa bilmir. Bundan əlavə, yığmanın bir neçə futbolçusu və heyət üzvü Meksikaya viza ala bilmir, çünki hazırda səfirliklər bağlıdır.

“Biz sadiq azarkeşlərimizi əmin edirik ki, vəziyyətlə bağlı həm FİFA, həm də Asiya Futbol Konfederasiyası ilə sıx əlaqədəyik və onlar prosesi nəzarətdə saxlayırlar”, – deyə açıqlamada bildirilir.

Chosen
4
41
publika.az

10Sources