EN

Qurban Qurbanov: “Heyətin daha geniş olmasını istərdim” – ARENA.AZ

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokubun 1/4 finalında “Şamaxı”ya qarşı keçirdikləri cavab oyununu şərh edib.

Arena.az xəbər verir ki, səfərdəki ilk oyunda 1:2 hesabıyla uduzmuş Ağdam təmsilçisi ev oyunundan 3:1 hesablı qələbə ilə ayrılıb və yarımfinala yüksəlib.

Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Vacib nəticədir. Oyun əlavə vaxta gedə bilərdi. İkinci hissədə oyunu tam ələ almışdıq. Bəzən səhvlərimiz olurdu. Qələbə çox vacib idi. Futbolçular düzgün oynamağa çalışdılar. Bir az yorğunluq hiss olunurdu. Qarşıdakı günlərdə yavaş-yavaş özlərinə gələcəklər. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Ayxan Abbasova uğurlar arzulayıram.

Pedro Bikalyo “Nyukasl” və “Sabah”la oyunlarda xeyli güc sərf etmişdi. Ona görə ehtiyat etdik və Kadi Borgesə şans verdik. İstərdik ki, Kadi daha çox ön xətdə oynasın. Bəzən oyun quruculuğunda onun kimi oyunçunun bugünkü mövqedə olması lazımdır. Gələcəkdə belə rotasiyalar olacaq. Xoni Montiel də orada oynaya bilər və ya yerlərini dəyişə bilərik. Futbolçuların bir neçə mövqedə oynamaq qabiliyyətinin olması sevindirici haldır.

Son dövrlər komandada psixoloji gərginlik var. İlboyu sıx qrafikdə oyunlar keçirmək asan deyil. Hazırda elə bir vəziyyətdəyik ki, sakit olmağa vaxt yoxdur. Hər matç ötdükcə tələblər də artır. Bizim məqsədlərimiz daim yüksəkdədir. Bu, futbol həyatının normal gedişatıdır. Bəzi futbolçular bu gərginliyin ortasında gücdən düşmüş kimi görünür. Biz bunu maksimum dərəcədə aradan qaldırmağa çalışırıq. Biz bu il həddindən artıq çox yükləndik. Oyun sayı əvvəlki illərə baxanda daha çox oldu. İstərdim ki, heyətimiz daha geniş olsun. Yeni mövsümdə əlimizdən gələni edəcəyik ki, heyət baxımından əziyyət çəkməyək”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Chosen
15
13
arena.az

10Sources