EN

İsrail ordusu Livanda əraziləri tutdu İlk görüntülər

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

İsrail Müdafiə Qüvvələri Livanın cənubunda yerləşdirilən qüvvələrin ilk görüntülərini yayımlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, İsrail qüvvələri Livanın cənubundakı bir neçə mövqeyə yerləşdirilib.

Bildirilir ki, hazırda ərazidə üç diviziya fəaliyyət göstərir – Livanın cənubunun şərq və qərb istiqamətlərində, eləcə də Dov dağı bölgəsində.

Bəyanatda qeyd olunub ki, yerləşdirmə Şimali İsrail sakinləri üçün əlavə müdafiə təbəqəsi formalaşdırmaq, mümkün təhdidlərin qarşısını almaq və İsrail ərazisinə sızma cəhdlərini önləmək məqsədi daşıyır.

Ordudan bildirilib ki, sərhəd boyunca vəziyyət nəzarət altındadır və əməliyyat fəaliyyətləri davam etdirilir.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
56
globalinfo.az

1Sources