Vaşinqton, 4 mart, AZƏRTAC
"Epik Qəzəb” əməliyyatının başlamasından bəri 17 min 500-dən çox amerikalı Yaxın Şərqdən təhlükəsiz şəkildə evə qayıdıb.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri Ağ Evin mətbuat katibi Kerolayn Livit deyib. Onun sözlərinə görə, təkcə dünən 8 min 500-dən çox Amerika vətəndaşı ABŞ-a qayıdıb. O, Yaxın Şərqdə ABŞ-yə qayıtmaq istəyən vətəndaşlardan Dövlət Departamentində qeydiyyatdan keçmələrini xahiş edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton