EN

Bakıda 46 yaşlı kişi qətlə yetirildi –SAXLANILAN VAR

Paytaxtın Sabunçu rayonunda qətl hadisəsi baş verib.

 

Senzor.az bildirir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

 

Qeyd olunub ki, 46 yaşlı Zəfər   Məmmədovun üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti aşkar edilib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

 

İlkin araşdırmalarla cinayətin Hüseyn Həsənov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. O, prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

 

Chosen
37
7
senzor.az

10Sources