EN

Kürd terrorçular İrana girdi – minlərlə "döyüşçü" sərhədi keçdi

İraqda fəaliyyət göstərən kürd terrorçu qüvvələrinin İran ərazisinə doğru quru əməliyyatına başladığı barədə məlumat yayılıb.

Musavat.com xəbər verir ki, bu barədə i24NEWS telekanalı məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, minlərlə kürd "döyüşçüsü" (terrorçu) İranla sərhədi keçərək ölkə daxilində döyüş mövqeləri tutmağa başlayıb. Bildirilir ki, silahlı dəstələr sərhədin müxtəlif istiqamətlərindən İran ərazisinə daxil olub və bəzi mövqelərdə yerləşərək mümkün toqquşmalara hazırlaşır.

Hazırda əməliyyatın hansı kürd terrorçu qruplaşmaları tərəfindən həyata keçirildiyi və İran tərəfinin reaksiyası barədə rəsmi məlumat verilməyib.

 

Musavat.com

5c39b354-3867-45a0-a0b8-24f1eb20952a.jpg

Chosen
64
2
musavat.com

10Sources