EN

Ağdam şəhərinə daha 90 ailə köçürülüb

Bakı. Trend:

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azadedilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Trend-in məlumatına görə, bu mərhələdə Ağdam şəhərinə 90 ailə -346 nəfər köçürülüb.

Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində,əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqətiməskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatəolunduqlarına görə Prezident İlham Əliyevə və Birincivitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətliAzərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizəminnətdarlıqlarını bildirib, bu yolda canlarından keçənşəhidlərimizə rəhmət diləyiblər.

Chosen
19
49
az.trend.az

10Sources