EN

İspaniya kubokunda finalçılar müəyyənləşib

ain.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İspaniya kubokunda finalçılar müəyyənləşib. Sport24.az xəbər verir ki, turnirin həlledici oyununda Madrid "Atletiko"su və "Real Sosyedad" üz-üzə gələcək. Qarşılaşma aprelin 18-də Sevilya şəhərindəki "Olimpiko de Sevilla-La Kartuja" stadionunda keçiriləcək.

Dieqo Simeonenin komandası yarımfinalda "Barselona"nı (4-0, 0-3) mübarizədən kənarlaşdırıb. Bununla da Madrid klubu 2013-cü ildən bəri ilk dəfə finala yüksəlib. "Atletiko" tarixi ərzində ölkə kubokunu 10 dəfə başı üzərinə qaldırıb.

"Real Sosyedad" isə yarımfinalda Bilbao "Atletik"ini məğlub edib. San Sebastian təmsilçisi  tarixi ərzində üç dəfə - 1909, 1987 və 2020-ci illərdə "Kral kuboku"nun qalibi olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
88
sport24.az

1Sources