EN

Sosial şəbəkələrin "Bibi"si vəfat etdi

“Makler bibi” kimi tanınan Zeynəb Qaraşova vəfat edib

Sosial şəbəkələrdə yayılan məlumata görə, “Makler bibi” ləqəbi ilə tanınan əmlakçı Zeynəb Qaraşova vəfat edib. Bildirilir ki, o, bir müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi.

Məlumata görə, Zeynəb Qaraşova son dövrlər səhhətində yaranan ciddi problemlər səbəbindən müalicə alırdı. Lakin bütün səylərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Zeynəb Qaraşova sosial şəbəkələrdə, xüsusilə “TikTok” platformasında qeyri-adi təqdimat tərzi ilə məşhurlaşmışdı. O, satışa çıxardığı evləri rəqs edə-edə təqdim etməsi ilə qısa müddətdə geniş auditoriyanın diqqətini çəkmiş və sosial mediada fenomenə çevrilmişdi. Bu səbəbdən istifadəçilər arasında ona “Makler bibi” ləqəbi verilmişdi.

Chosen
44
aznews.az

1Sources