Bakı. Trend:
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilənəməliyyat nəticəsində narkotiklərin qanunsuz döviyyəsini təşkiletməkdə şübhəli bilinən 25 yaşlı A.Kərəmova saxlanılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, ondan 14 kiloqramdanartıq narkotik vasitə olan marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsindəhəbs qətimkan tədbiri seçilib.