EN

Üç ildən sonra oğlu ilə eyni taleyi yaşadı... Foto

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Dünən səhər saatlarında Bakı-Quba yolunun Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində baş verən yol qəzasında ağır yaralanan şəxs vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, iki yük maşınının toqquşması nəticəsində ağır xəsarətlər alan Siyəzən rayon sakini 1977-ci il təvəllüdlü Babək Şükür oğlu Abbasov ölüb.

Bildirilib ki, onun oğlu Nihat Abbasov da 2023-cü ildə avtomobil qəzasında həlak olub.

Qeyd edək ki, “MAN” və “HOWO” markalı yük avtomobillərinin toqquşması nəticəsində daha bir nəfər xəsarət alıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
126
50
qafqazinfo.az

10Sources