EN

Qalmaqal yaşadıqları oğulları ilə bağlı paylaşım etdilər Fotolar

ain.az, Axsham.az portalına istinadən məlumat verir.

Keçmiş futbolçu Devid və xanımı Viktoriya Bekhemlər qalmaqal yaşadıqları oğulları Bruklin Peltz-Bekhemlə bağlı paylaşım ediblər.

Axşam.az xəbər verir ki, cütlük küsülü olsalar da övladlarını doğum günü münasibəti ilə təbrik ediblər.

"27 yaşıın mübarək, Bruklin, səni sevirik" deyə, Devid paylaşımında yazıb.

Xatırladaq ki, Bruklin artıq təxminən bir ildir ailəsi ilə ünsiyyət qurmur. O, açıqlamasında ailəsinin ideal görünmək üçün sosial mediada və ictimaiyyət qarşısında saxta pozlar verdiklərini iddia edib. Bruklin həmçinin valideynlərinin Nikola Peltzi sevmədiyini və 2022-ci ildə baş tutan toylarını demək olar ki, korladıqlarını iddia edib.

Cütlük 2025-ci ildə toy mərasimini yenidən keçirib. Mərasimi Nikolanın atası təşkil edib və Bruklinin ailə üzvlərindən heç kim dəvət olunmayıb.

Şayiələrə görə, Bruklin Bekhem ailəsi ilə yaşadığı konflikt barədə kitab yazmağı planlaşdırır. Devid və Viktoriya Bekhem isə oğullarının açıqlamalarına hələlik münasibət bildirməyiblər.

Bir müddət əvvəl amerikalı milyarder Nelson Peltzin qızı Nikolaya hər ay 1 milyon dollar cib xərcliyi verdiyi ortaya çıxıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
14
axsam.az

1Sources