EN

Alimlər TƏSDİQLƏDİ: Ətrafdakı “toksik” insanlar qocalmanı SÜRƏTLƏNDİRİR

Neqativ ünsiyyət insanı bioloji olaraq 9 ay qocaldır.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər alimlərin araşdırmasına istinadən məlumat yayıb.

Aparılan yeni tədqiqatlar sübut edir ki, ətrafdakı mənfi enerjili və “toksik” insanlar insanın qocalma prosesini real şəkildə sürətləndirir. Məlum olub ki, normal və xoş ünsiyyət sağlamlığa müsbət təsir etdiyi halda, daimi neqativ mühit orqanizmi daxildən məhv edir.

Tədqiqatçılar 2300-dən çox insanın məlumatlarını dərindən təhlil edərək maraqlı nəticələr əldə ediblər:

  • Sorğuda iştirak edənlərin 28,8%-nin tanışları arasında ən azı bir toksik insan var;

  • Daha 10% insan öz ətrafında 2-3 və daha çox belə şəxslə ünsiyyət qurmağa məcburdur;

  • Yaxın çevrədə neqativ şəxslərin olması bioloji qocalmanı təxminən 1,5% sürətləndirir;

  • Problemli şəxslərlə mütəmadi təmasda olanlar öz həmyaşıdlarından bioloji olaraq orta hesabla 9 ay daha yaşlıdırlar;

  • Belə insanların orqanizmində iltihabi proseslərə daha tez-tez rast gəlinir və ümumi sağlamlıq göstəriciləri daha aşağı olur.

Mütəxəssislər sağlamlığı qorumaq və gəncliyi uzatmaq üçün emosional tükənməyə səbəb olan şəxslərlə ünsiyyəti minimuma endirməyi tövsiyə edirlər.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
111
interpress.az

1Sources