EN

"İran Türkiyəyə raket atmayıb" - Baş Qərargah

İran Silahlı Qüvvələri Türkiyəyə raket atdığını təkzib edib. 

Adalet.az xəbər verir ki, bu barədə ölkənin Baş Qərargahı bəyanat yayıb. 

"İran Silahlı Qüvvələri qonşu və dost Türkiyənin suverenliyinə hörmətlə yanaşır və bu ölkəyə qarşı hər hansı bir raket atılmasını rədd edir", - deyə məlumatda bildirilib. 

Qeyd edək ki, mart ayının 4-də Türkiyə İrandan atılan ballistik raketi zərərsizləşdirildiyini açıqlayıb. Bildirilib ki, ballistik raket İrandan atılıb, İraq və Suriyanın hava məkanını keçdikdən sonra Türkiyə hava məkanına doğru hərəkət edib. Ballistik raket Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə qüvvələri tərəfindən vaxtında vurularaq zərərsizləşdirilib.

Bundan sonra Türkiyə Milli Müdafiə Nazirliyi, xarici işlər naziri Hakan Fidan və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan İrana sərt mesajlar veriblər. 

Chosen
43
1
adalet.az

10Sources