EN

SON DƏQİQƏ: Naxçıvan hava limanı VURULUB?

Naxçıvan Beynəlxalq Hava Limanı ərazisində dron insidenti ilə bağlı məlumat yayılıb.

Vətəninfo.az xəbər verir ki, iddiaya görə, bir qədər əvvəl İrana məxsus olduğu bildirilən iki pilotsuz uçuş aparatının Naxçıvan hava limanı ərazisinə düşdüyü bildirilib. Bu barədə hava limanında olan şəxslər məlumat veriblər.

Hadisənin təfərrüatları və mümkün dağıntı və ya xəsarət barədə hələlik rəsmi açıqlama verilməyib.

Məsələ ilə bağlı aidiyyəti qurumların açıqlaması gözlənilir.

Chosen
112
veteninfo.az

1Sources