EN

Bakıda idman gimnastikası üzrə Dünya Kuboku start götürüb

Bakı, 5 mart, AZƏRTAC

Bakıda idman gimnastikası üzrə Dünya Kuboku start götürüb.

AZƏRTAC xəbər verir ki, idmançılar Milli Gimnastika Arenasında təşkil olunan yarışların ilk günündə təsnifat mərhələsində qüvvələrini sınayırlar. Gimnastlar sərbəst hərəkətlər, paralel qollar, halqalar, dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar proqramlarında çıxış edirlər.

Turnirdə ölkəmizi Rəsul Əhmədzadə, Aydın Əlizadə, Nikita Simonov, Dəniz Əliyeva, Nazənin Teymurova və Xədicə Abbaszadə təmsil edirlər.

30-dan çox ölkədən idmançıların mübarizə apardığı yarış martın 8-də başa çatacaq.

Chosen
26
5
azertag.az

6Sources