EN

Bakıda idman gimnastikası üzrə Dünya Kuboku start götürüb

Bakıda idman gimnastikası üzrə Dünya Kuboku start götürüb.

SİA xəbər verir ki, idmançılar Milli Gimnastika Arenasında təşkil olunan yarışların ilk günündə təsnifat mərhələsində qüvvələrini sınayırlar. Gimnastlar sərbəst hərəkətlər, paralel qollar, halqalar, dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar proqramlarında çıxış edirlər.

Turnirdə ölkəmizi Rəsul Əhmədzadə, Aydın Əlizadə, Nikita Simonov, Dəniz Əliyeva, Nazənin Teymurova və Xədicə Abbaszadə təmsil edirlər.

30-dan çox ölkədən idmançıların mübarizə apardığı yarış martın 8-də başa çatacaq.

Chosen
17
5
sia.az

6Sources